Ali Məhkəmə şəxsi məlumatların silinməsi hüququnu vətəndaşlar üçün təsdiq edib

Baş səhifə

Bakı.Trend:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu “İnsan
hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa
Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ)
çərçivəsində tanıyıb. Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi
haqqında” Plenum Qərarında bu hüquqla bağlı yeni mühüm mövqelər
sərgiləyib.

Trend xəbər
verir ki, bu barədə Ali məhkəmə məlumat yayıb.

Unudulmaq hüququ nədir?

Unudulmaq hüququ – rəqəmsal platformalarda əvəllər yayılmış
fiziki və hüquqi şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə
açıq məlumatların (mətn, səs, görüntü və s.) sonradan dövlət və
ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi və ya
aktuallığını itirməsi səbəbi ilə silinməsini, anonimləşdirilməsini,
gizlədilməsini, arxivləşdirilməsini və ya həmin məlumatlara
əlçatanlığın məhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin
edilməsini tələb etmək hüququnu nəzərdə tutur.

Bəzi məlumatlar (təsvir, səs, yazılı və ya şifahi çıxış mətnləri
və sair) dövlət və ictimai mənafe baxımından yayıla bilər, öz
aktuallığı ilə cəmiyyətin gündəmində, legitim maraq dairəsində ola
bilər. Belə məlumatların yayılması qanunidir, şəxsin razılığının
olub-olmaması, özü və ya başqa şəxs tərəfindən yayılmasının heç bir
əhəmiyyəti yoxdur. Belə olan halda şəxs neqativ məlumatların onun
mənafeyinə mənfi təsir etməsinə baxmayaraq, istədiyi vaxt onların
düzəldilməsini, silinməsini tələb edə bilmir.

Ali Məhkəmənin mövqeyinə görə, bu hal sonsuza qədər davam edə
bilməz və ictimaiyyətə açıq belə məlumatlar yayıldıqdan sonra
müəyyən şərtlər daxilində şəxsin unudulmaq hüququ yarana bilər.

Belə ki, həmin məlumatların yayılmasının üzərindən müəyyən
müddət keçdikdən sonra, məlumat köhnələrsə, öz aktuallığını
itirərsə, artıq dövlət və ictimaiyyət üçün maraqlı olmazsa şəxs bu
barədə tələb irəli sürə bilər. Lakin belə tələblərin təmin olunması
üçün məlumat rəqəmsal platformada yayılmış olmalıdır və şəxs
məlumatın hələ də onun mənafeyinə zidd olmasını sübuta
yetirməlidir.




Məlumatların aktuallığının itirilməsi əvvəllər cəmiyyətin
gündəmində olan informasiyanın köhnəlməsi səbəbindən iddianın
qaldırıldığı zaman cəmiyyət üçün artıq hər hansı maraq və əhəmiyyət
daşımamasıdır.

Belə neqativ məlumatların silinməsini tələb edən şəxslər
müxtəlif münasibətlər daxilində (məsələn, iş axtararkən və ya
biznes münasibətlərində) özlərinin keçmiş hərəkətləri və ya publik
çıxışları ilə ömürlük üz-üzə qalmaq istəmirlər. Lakin tələb irəli
sürdükləri halda, mənafelərinə olan neqativ təsiri əsaslandırmalı
və sübut etməlidirlər.

Məsələn, tanınmış musiqiçi tərəfindən 2020-ci ildə mediada əri
ilə münasibətlərinin xəyanət səbəbi ilə pozulması barədə verdiyi
müsahibənin sonradan uşaqlarının mənafeyi baxımından informasiya
resurslarından silinməsinin tələb edilməsi və ya fərdi sahibkarın
2010- cu ildə vergidən yayınması barədə mediada qanunauyğun şəkildə
dərc olunmuş və onun işgüzar nüfuzuna mənfi təsir edən məlumatın
vergi borcunun ödənildiyinə görə artıq ictimai maraq kəsb etməməsi
səbəbindən sonradan informasiya resurlarından silinməsinin tələb
edilməsi.

Şəxsin ölümündən sonra onun yaxınının da unudulmaq hüququ
yaranır. Bu zaman həmin məlumatın iddiaçı ilə yanaşı, vəfat etmiş
şəxsin sağlığında onun mənafeyinə də mənfi təsir etdiyi müəyyən
olunmalıdır.

Unudulmaq hüququ yalnız fiziki şəxslərə məxsus olmamaqla, həm də
hüquqi şəxslərə aid qeyri-əmlak hüququ sayılır. Məsələn, hüquqi
şəxsin istehsal etdiyi malın qüsurlu olmasına dair mətbuatda 5 il
əvvəl yayılmış məlumatın silinməsinin tələb edilməsi.

İddia tələbləri bu məlumatların yerləşdirildiyi operatorlara, o
cümlədən onlayn rəqəmsal platformalara, media subyektlərinə qarşı
qaldırılmalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir