
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yol-nəqliyyat qəzasının baş
verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə
məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb
olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011”
və “Naz Lifan” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza
hadisəsinin baş verdiyi və “Naz Lifan” markalı minik avtomobilinin
sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı
vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1968-ci il
təvəllüdlü Bayramov Murad Möhübbət oğlunu xilas edərək təcili tibbi
yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

