
Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri – qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.
O bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında Şuranın Kommunikasiya sektorunun müdiri təyin edilib.
Bundan əlavə, o, bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) çalışıb.

