
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Ombudsmanı suvarma sahəsində
ayrı-seçkiliyin aradan qaldırılmasını təklif edib.
Trend-in
məlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkil məsələ ilə bağlı Ali
Məclis qarşısında təklif qaldırıb.
Ombudsman kənd yerlərində suvarma suyunun ədalətli bölgüsü
məqsədilə bərabərliyin və şəffaflığın təmin edilməsi,
ayrı-seçkiliyin aradan qaldırılmasını və infrastrukturun
yenilənməsini təklif edib.
İçməli su təminatında yaranan uzunmüddətli fasilələr zamanı
alternativ təminat imkanlarının yaradılması da təkliflər arasında
yer alıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva 2022-ci il iyulun 16-da
Ali Məclisinin yeddinci sessiyasında bu vəzifəyə seçilib.

