Bakıda C6-ya üzv ölkələrin təmsilçilərinin iştirakı ilə beynəlxalq konfrans keçirilir – FOTO

Baş səhifə

Bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

APA xəbər verir ki, konfransda C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərindərinin təmsilçiləri, həmin ölkələrin diplomatik nümayəndələri, ekspertlər iştirak edir.

Konfrans çərçivəsində “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf”, “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzularında müzakirələr aparılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir