Azərbaycanda ChatGPT istifadəçilərinin məlumatları ABŞ-yə ÖTÜRÜLÜR

Baş səhifə

Discord və OpenAI istifadəçilərinin məlumatlarını ABŞ-ın xüsusi xidmət orqanlarına ötürür.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Discord internet resursu “Persona” adlı xidmətin əsas “məlumat təchizatçısı” kimi çıxış edir.

Bu xidmət selfi vasitəsilə məlumatları ABŞ hakimiyyət orqanlarına, o cümlədən Maliyyə Cinayətləri ilə Mübarizə Agentliyinə (FinCEN) və Miqrasiya Xidmətinə (ICE) ötürür.

Ən çox hallarda Persona OpenAI ilə birlikdə fəaliyyət göstərərək istifadəçi haqqında tam dosye formalaşdırır: ad-soyad, pasport məlumatları, ünvan, cins, boy və sənədlərin fotoşəkillərinə keçidləri qeyd alır.

Xatırladaq ki, Azərbaycanda da geniş populyarlıq qazanmış Chat GPT proqramı OpenAl şirkətinə məxsusdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir