Ucarda qəzaya düşən 6 nəfərin vəziyyəti orta ağırdır

Baş səhifə

Bakı. Trend:

Bu günsaat 13:40 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan dövlət
sərhədi magistralının Ucar rayonu ərazisindən keçən hissəsində baş
verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (4 qadın, 2 kişi)
Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə
hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ucar Rayon Mərkəzi
Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, yaralılara bədənin müxtəlif hissələrinin əzilmiş,
cızılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım
göstərilib.




“Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi
Təcili tibbi yardım şöbəsində davam etdirilir”, məlumatda qeyd
edilib.

Qeyd edək ki, yol nəqliyyat hadisəsi Bakı-Ələt-Qazax-Gürcüstan
dövlət sərhədi magistralının 217-ci kilometrliyində qeydə alınıb.
Eyni istiqamətdə hərəkətdə olan minik, yük və mikroavtobus markalı
nəqliyyat vasitələri toqquşaraq zəncirvari qəza törədib. Nəticədə 6
nəfər Ucar rayon sakinləri – 1975-ci il təvəllüdlü Səidə Mirzalı
qızı Baxşəliyeva, 1966- cı il təvəllüdlü Zalikə Mirzalı qızı
Salikova, 1973-cü il təvəllüdlü Vəfa Qarapaşa qızı Baxşəliyeva,
1985-ci il təvəllüdlü Şərqiyə Vidadi qızı Rəhimova, 1952-ci il
təvəllüdlü Aruza Mustafakamal qızı Məmmədova və 1967-ci il
təvəllüdlü Şəfaqət Mirzalı qızı Rəhimova xəsarət alıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir