Sürücülərin nəzərinə: sərnişin və yük daşımaq üçün bu sənədlər tələb olunacaq

Baş səhifə

Bakı. Trend:

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində
icazənin alınması üçün tələb olunan sənədlər (məlumatlar) siyahısı
genişləndirilib.

Trend-in
məlumatına görə, bu məsələ bu gün Milli Məclisdə müzakirə
edilib.

Qanun layihəsinə əsasən, aşağıdakı sənədlər də sürücülərdən
tələb olunacaq:

sürücünün narkotik sərxoşluq vəziyyətinin, vasitələrin və
psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün
aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;

sürücülərin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin
reysqabağı yoxlanılmasının, reysqabağı tibbi müayinəsinin təşkili
imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə
olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə
müqavilələri;




ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə
yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən
sənədləri;

qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:

avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza
sığortası;

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin,
həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari
sığortası;

bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların
təsdiqedici sənədləri.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir