Bakıda 3 gün yağış gözlənilir – Su və kanalizasiya xətləri yoxlanılır

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərində qarşıdakı günlərdə hava şəraitinin dəyişəcəyi
proqnozlaşdırılır. Hava proqnozu tətbiqlərində yer alan məlumata
əsasən, paytaxtda aprelin 4, 5 və 6-da yağış yağacağı ehtimal
olunur.

Trend xəbər verir
ki, hazırda yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat
verilməsə də, qeyd olunan günlərdə havanın qeyri-sabit keçəcəyi
bildirilir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı
Xidmətindən bildirilib ki, yağıntılı günlərdə xidmət gücləndirilmiş
iş rejimində fəaliyyət göstərir.

Qeyd olunub ki, tullantı və yağış xətləri üzrə monitorinqlər
aparılır, kollektor quyularına və daşıyıcı xətlərə baxış keçirilir.
Tutulmalar müşahidə olunan ərazilərdə xüsusi texnikalar vasitəsilə
təmizləmə işləri görülür.




Bildirilib ki, intensiv yağıntılar zamanı bəzi ərazilərdə yağış
sularının toplanması halları müşahidə oluna bilər. Bu, əsasən
drenaj sistemlərinin qurulmadığı və ya mərkəzləşmiş kanalizasiya
şəbəkəsinin mövcud olmadığı ərazilərlə bağlıdır. Belə hallarda
yağış suları tullantı su xətlərinə yönləndirilir ki, bu da sistemin
artıq yüklənməsinə səbəb olur.

Qeyd olunub ki, belə hallarda subasma riskinin qarşısını almaq
üçün qəza briqadaları operativ şəkildə cəlb edilir və vəziyyət
nəzarətdə saxlanılır.

Eyni zamanda, tullantı su sistemlərinin yaxşılaşdırılması və
yeni infrastrukturun qurulması istiqamətində irihəcmli layihələrin
icrası davam edir. Bu layihələrin həyata keçirilməsi gələcəkdə
intensiv yağışlar zamanı yaranan problemlərin azalmasına və ekoloji
vəziyyətin yaxşılaşmasına imkan verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir