
Fövqəladə Hallar Nazirliyinin (FHN) xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində həlak olan əməkdaşının fotosu yayılıb.
Modern.az xəbər verir ki, 21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı–Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı faciə baş verib.
Belə ki, hadisə yerində xidməti vəzifəsini yerinə yetirən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində həyatını itirib.
Qeyd edək ki, mərhum Hakim Piriyev Neftçala rayonunun Şorkənd kənd sakini idi.
Allah rəhmət eləsin.

