“MOL Group” 2025-ci ildə AÇG-nin işlənməsi üzrə kapital xərclərin ümumi həcmini açıqladı

Baş səhifə

Bakı. Trend:

Macarıstanın “MOL Group” şirkətinin Azərbaycan sektorunda
yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun
işlənməsinə yönəltdiyi kapital xərcləri 2025-ci ilin dördüncü
rübündə 32,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü
ilin eyni dövründə 27,9 milyon dollar olub.

Trend bu barədə
şirkətə istinadən xəbər verir.

Beləliklə, AÇG üzrə kapital xərcləri illik müqayisədə 16,5 faiz
artıb.

2025-ci ilin yekunlarına əsasən, “MOL Group”un AÇG üzrə ümumi
kapital xərcləri 109,5 milyon dollar təşkil edib ki, bu da 2024-cü
ildəki 114,7 milyon dollarla müqayisədə 4,5 faiz azdır.

Azərbaycanda kəşfiyyat işlərinə çəkilən kapital xərcləri 2025-ci
ilin dördüncü rübündə 1,5 milyon dollar olub və 2024-cü ilin eyni
dövrü ilə müqayisədə dəyişməyib. 2025-ci ilin yekununda isə bu
göstərici əvvəlki ildəki 5,2 milyon dollara qarşı 8,7 milyon
dollara çatıb.

Şirkətin Azərbaycandakı digər xərcləri 2025-ci ildə 5,1 milyon
dollar təşkil edib.Müqayisə üçün bu rəqəm 2024-cü ildə 3,8 milyon
dollar olmuşdu.




Qeyd edək ki, 2025-ci ildə bp və onun birgə fəaliyyət üzrə
tərəfdaşlarının AÇG layihəsi çərçivəsində əməliyyat xərcləri
təxminən 564 milyon ABŞ dolları, kapital xərcləri isə təxminən
1,288 milyard ABŞ dolları təşkil edib.

2024-cü ildə AÇG üzrə əməliyyat və kapital xərcləri müvafiq
olaraq 535 milyon və 1,293 milyard dollar təşkil edib. Beləliklə,
əməliyyat xərcləri illik müqayisədə 5,4 faiz artıb, kapital
xərcləri isə 0,4 faiz azalıb.

“BP Exploration (Caspian Sea) Limited” AÇG üzrə Məhsulun Pay
Bölgüsü Sazişi (PSA) iştirakçıları adından operator qismində çıxış
edir.

AÇG layihəsində iştirak payları aşağıdakı kimidir:

bp – 30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%,
ExxonMobil – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65%, ONGC Videsh –
2,92%.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir