Əjdər Cəfərova yüksək vəzifə verildi – DOSYE

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni
təyinat olub.

Trend xəbər
verir ki, Federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyin
edilib.

Daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh
Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edən
Cəfərov Əjdər Xosrov oğlu idman funksioneri kimi zəngin karyeraya
malikdir.

Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş
Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası,
əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

Ə.Cəfərov üç Olimpiya Oyunlarında hakimlik edib:




  • 2010 – Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları
  • 2012 – London Yay Olimpiya Oyunları
  • 2014 – Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunları

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
“Tərəqqi” medalı ilə təltif olunub.

2012-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən güləş
qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq
görülüb.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu
ilə təltif edilib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş
yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir