İstirahət gününün havası açıqlandı

Baş səhifə

Bakı.Trend:

Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi
yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı
gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, arabir güclənən şimal-qərb küləyi axşama doğru
mülayimləşəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa
enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil
edəcək.




Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə
qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman
olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda
gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir