NASA mart ayında Aya ekipajlı missiya göndərmək planını təxirə saldı

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Milli Aeronavtika və Kosmik Administrasiyası — NASA mart
ayına nəzərdə tutulan “Artemis II” ekipajlı missiyasının texniki
nasazlıqlar səbəbindən Aya göndərilməsini ertələmək qərarı
verib.

Trend xəbər verir ki, qurumun
rəhbəri Cared Ayzekman bu barədə “X” sosial platformasında paylaşım
edib.

O bildirib ki, mart ayı üçün nəzərdə tutulan buraxılış pəncərəsi
artıq gündəmdə deyil və hadisələrin bu cür inkişafının məyusedici
olduğunu qeyd edib.




Bundan əvvəl NASA “Orion” kosmik gəmisini daşıyan “Space Launch
System” (SLS) raketini yenidən yığma sexinə qaytarmaq qərarına
gəlib. Raket 17 yanvardan etibarən Floridadakı buraxılış
meydançasında yerləşirdi. Lakin fevralın 21-nə keçən gecə
mütəxəssislər SLS-in ara kriogen mərhələsinə helium ötürülməsində
problem aşkar ediblər.

Ayzekmanın sözlərinə görə, yaranan nasazlıqların səbəbi nə
olursa-olsun, onların araşdırılması və aradan qaldırılması yalnız
yığma korpusda mümkündür.

Missiyanın yeni mümkün buraxılış tarixi hələ açıqlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir