
Bakı. Trend:
Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində uzunluğu bir
kilometr olan HƏMAS-a məxsus tunel İsrail ordusunun
mühəndis-istehkam bölmələri tərəfindən məhv edilib.
Trend bu barədə
İsrail KİV-ə istinadən xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin məlumatına
əsasən, tuneldə HƏMAS əməliyyatçılarının gizlənməsi üçün bir neçə
otaq olub. İçəridən əsgərlər bir neçə silah da aşkarlayıb.
Tunel 7-ci Zirehli Briqadanın ərazinin təmizlənməsi
əməliyyatları zamanı Qəzza atəşkəs xəttinin İsrail tərəfində
aşkarlanmışdı. Tunel əlahiddə “Yahalom”mühəndis-istehkam bölməsi
tərəfindən partladılaraq məhv edilib.

