
Bakı. Trend:
“Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyaları üzrə
müvafiq müqavilələr imzalanıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə “Şəms 1” Günəş
Elektrik Stansiyası layihəsi üzrə “CEI Nakhchivan” MMC, həmçinin 25
MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə
“Enerso” MMC ilə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə
qoşulma müqavilələri imzaladıq. Ümumi investisiya dəyəri 60 milyon
manatdan çox olan bu layihələr Naxçıvanın yaşıl enerji zonası kimi
inkişafı istiqamətində özəl investisiyalar hesabına atılan mühüm
addımdır”, – paylaşımda qeyd edilib.
Xəbər yenilənəcək

