
Bakı.Trend:
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunan qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik
məlumat (16.02.2026 – 22.02.2026) açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)
Trend-ə verilən
məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı,
Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o
cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı
Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 175 piyada əleyhinə
mina, 28 tank əleyhinə mina, 796 Partlamamış Hərbi Sursat (PHS)
aşkarlanıb.
Bildirilib ki, 1.616,5 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.

