Zelenski Ukraynada seçkilərin keçirilməsinin mümkünlüyündən danışıb

Baş səhifə

Əgər seçkilər müharibənin sona çatması üçün şərtdirsə, o zaman gəlin bunu edək.

APA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində deyib.

Zelenski tərəfdaşlarına müraciət edərək onların daim bu məsələni qaldırdıqlarını bildirib.

“Düzünü desəm, siz (tərəfdaşlar) daim seçkilər məsələsini qaldırırsınız, amma siz özünüz qərar verməlisiniz: məndən xilas olmaq, yoxsa seçkilər keçirmək istəyirsiniz? Əgər seçkilər keçirmək istəyirsinizsə, onda gəlin, bu seçkiləri düzgün təşkil edək. Seçkiləri elə keçirək ki, əvvəlcə Ukrayna xalqı onu tanısın. Və siz özünüz də qəbul etməlisiniz ki, bu, qanuni seçkilərdir”, — Zelenski tərəfdaşlarını xəbərdar edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir