Kanadada Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

21 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının Kanadada
Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə
təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar
Ottava şəhərində tədbir keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Tədbirdə səfirliyin əməkdaşları, diaspor və yerli ictimaiyyət
nümayəndələri ilə yanaşı Ottavada təhsil alan tələbələr də iştirak
ediblər.




Tədbirə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Daha sonra çıxış edən müvəqqəti işlər vəkili Vüsal Süleymanov
Xocalı soyqırımı barədə ətraflı məlumat verərək Xocalı soyqırımını
XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən
azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik
təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri
olaraq adlandırıb.

Tədbir çərçivəsində Azərbaycan icmasının üzvlərinin çıxışları
dinlənilib, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər və film
nümayiş etdirilib, qonaqlar üçün ehsan təşkil olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir