Dünyada ən aşağı doğum nisbəti bu ölkədə qeydə alındı

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreya hökumətinin çərşənbə günü açıqladığı məlumatlara
görə, 2025-ci ildə bu ölkədə doğum nisbəti ardıcıl ikinci il artıb.
Bu, təxminən on ildir demoqrafik böhranla üzləşən ölkənin dönüş
nöqtəsinə doğru irəliləməyə başlaya biləcəyinə dair daha bir
əlamətdir.

Trend
“Reuters” agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya
Məlumat və Statistika Nazirliyinin ilkin məlumatlarına görə, ölkədə
ümumi doğum nisbəti, yəni bir qadının reproduktiv həyatı boyunca
dünyaya gətirməsi gözlənilən orta körpə sayı 2025-ci ildə 0,80
təşkil edib ki, bu da 2024-cü ildəki 0,75-dən çoxdur.

Pandemiyadan sonrakı təşviq və hökumət siyasəti sayəsində bu
ölkədə yeni doğuşlar 2024-cü ildə dirçəlməyə başlayıb. Səkkiz il
ardıcıl davam edən azalma tendensiyası 2023-cü ildə Cənubi Koreyada
0,72 göstərici ilə dünyanın ən aşağı doğum nisbətinin qeydə
alınmasına səbəb olub. Bu dövr ev qiymətlərinin sürətlə artması və
qadınların iqtisadi həyatda daha yüksək iştirakı ilə yadda
qalıb.




2025-ci ildə hər 1000 nəfərə 5,0 yeni doğuş düşürdü ki, bu da
2024-cü ildəki 4,7-dən çoxdur. Bu rəqəm ötən il Çində 5,6, Tayvanda
4,6 və 2024-cü ildə Yaponiyada 5,7 idi. Bu ölkələrdə də azalma
trendi davam edir.

Dirçəliş tempi hökumətin 2025-ci ildə 0,75 və 2026-cı ildə 0,80
optimist proqnozundan daha sürətlidir. Bu proqnoza görə, 2031-ci
ildə ümumi doğum nisbəti hər qadına 1,0-dan yuxarı qalxacaq.
Bir-iki il gecikmə ilə yeni doğulmuş uşaqların sayının aparıcı
göstəricisi olan nikahlar 2024-cü ildə rekord 14,8% artımdan sonra
2025-ci ildə cəmi 8,1% artıb.

Cənubi Koreya hökuməti dərin demoqrafik böhranın qarşısını almaq
ailə-uşaq siyasəti üzrə yeni strategiya hazırlayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir