
Bakı. Trend:
“Birbank”ın 17 noyabr 2025-ci il – 31 yanvar 2026-cı il
tarixləri arasında keçirilən Yeni il lotereyası yekunlaşıb.
Qaliblər 23 fevral 2026-cı il tarixində baş tutan tirajda bəlli
olub. 3 000 000-a yaxın “Birbanklı”nın şansını sınadığı lotereyada
10 000 nəfər təsadüfi seçim əsasında qalib adını qazanıb.
Lotereyada 9 900 nəfər müxtəlif (10, 25, 50, 150, 250) Bir
bonusu qazandığı halda, 9 nəfər “iPhone 17 Pro” markalı mobil
telefona sahib olub. 20 qalibə “Apple Watch SE2”, 30 qalibə 500
manat dəyərində səyahət paketi hədiyyə olunub. 40 nəfər isə
“AirPods 4” qulaqlığını qazanıb. Lotereyanın superprizi olan “Sea
Breeze”də “Park Lane” yaşayış kompleksində yerləşən mənzil isə 1
nəfər şanslı Birbanklının payına düşüb.
Lotereya qaliblərinin siyahısı: www.b-b.az/ HYPERLINK “http://www.b-b.az/qaliblersiyahi”q HYPERLINK “http://www.b-b.az/qaliblersiyahi”aliblersiyahi
Qeyd edək ki, lotereyada iştirak qeydiyyatsız həyata keçirilib.
Belə ki, “Birbank
debet“, “Birbank taksit” və “Birbank
Star” kartları ilə ödəniş edən hər kəs lotereyada
avtomatik iştirak etmək şansı qazanıb.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital
Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holding”ə
daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün birbank.az saytına, 196
Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz.

