Köç karvanı Kəlbəcər şəhərinə çatıb – FOTO

Baş səhifə

Fevralın 27-də yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 118 nəfərdən ibarət 27 ailə köçürülüb.

Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Ailələrə yeni tikilmiş binalarda verilən mənzillərin açarları təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir