İranın qırmızı xətti tapdalanıb, reaksiya veriləcək – Qalibaf

Baş səhifə

Bakı. Trend:

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin ölümü ilə
İranın qırmızı xətti tapdalanıb və buna əsasən ağır zərbələr
vurulacaq.

Trend-in
məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir
Qalibaft yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran İslam İnqilabının banisi Ruhulla
Xomeyni və Ali Lider Əli Xameneinin yolunu davam etdirəcək.

Qalibaf deyib ki, İran özünü bütün ssenarilər üçün hazırlayıb,
hətta Xameneinin ölümündən sonra üçün plan qurub.




Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir