
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) İranı Amerika hərbi bazalarının yerləşdiyi
Yaxın Şərq ölkələrinə qarşı cavab zərbələrindən çəkinməyə
çağırıb.
Trend-in
məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının
vitse-prezidenti Kaya Kallas bütün üzv dövlətlər adından açıqlama
verib.
Kallas Aİ-nin Yaxın Şərq dövlətləri ilə sıx təmasda olduğunu və
ABŞ və İsrail tərəfindən İran ərazisinə hücumların başlanmasından
sonra daha da gərginləşən vəziyyətin sabitləşdirilməsi üçün səylər
göstərdiyini bildirib.

