Ötən ay 6 nəfər zəhərlənmədən ölüb – KTM

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin fevral ayında Kliniki Tibbi Mərkəzin (KTM)
Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli
zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bu barədə Trend-ə KTM-dən məlumat verilib.

Bildirilir ki, vaxtında aparılan düzgün müalicə tədbirləri
nəticəsində 82 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar
qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.




Pasiyentlərdən 33 nəfər dərman preparatlarından, 4 nəfər siçan
dərmanından (rodentisid), 23 nəfər sirkə turşusundan, 1 nəfər
həlledici məhlullardan, 3 nəfər yandırıcı məhlullardan, 4 nəfər
allergik reaksiyalardan, 3 nəfər spirtli içkidən, 15 nəfər dəm
qazından, 1 nəfər anafilaktik şokdan, 1 nəfər isə fosfor üzvi
birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış
toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya
tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 6
nəfərin (kişi) həyatını xilas etmək mümkün olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir