
Bakı.Trend:
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Birbank Biznes-in
təşəbbüsü ilə həyata keçirilən “Hər işdə birinci qadınlar”
yarmarkası başa çatıb. Artıq ənənə halını alan yarmarka PASHA
Malls-un dəstəyi ilə Crescent Mall-da baş tutub. Ümumilikdə 50
sahibkar qadının iştirak etdiyi tədbir ziyarətçilər tərəfindən də
maraqla qarşılanıb.
Yarmarka çərçivəsində unikal əl işləri, kreativ hədiyyələr və
müxtəlif məhsullar layihəyə özəl endirimli qiymətlərlə satışa
çıxarılıb. Tədbir qadın sahibkarlar üçün satış imkanlarının
genişləndirilməsi, yeni müştərilərlə tanışlıq və potensial
tərəfdaşlıqların qurulması baxımından effektiv platforma rolunu
oynayıb.
Layihənin davamı olaraq qadın sahibkarlar üçün xüsusi
kampaniyaya da start verilib. Belə ki, xanımların biznesinə dəstək
məqsədi ilə təqdim olunan “She’s Next” kartı 15 mart 2026-cı il
tarixinədək xanımlara ödənişzsiz olaraq hədiyyə edilir. Kart
sahibinə manat, dollar və avro valyutalarında istifadə imkanı ilə
yanaşı, müxtəlif bonuslar və əlavə imtiyazlar da təklif edir.
“She’s Next” biznes kartını əldə etmək istəyənlər Birbank Biznes-in rəsmi internet
saytı və ya mobil tətbiqi vasitəsilə onlayn müraciət edə bilərlər.
Həmçinin, 16 mart tarixinədək xanımların Birbank Biznes mobil
tətbiqindən onlayn rəsmiləşdirdikləri kreditlərə heç bir komissiya
tətbiq edilmir.
Birbank Biznes bu təşəbbüslərlə qadın sahibkarların fəaliyyətini
dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün
yeni imkanlar yaratmağı hədəfləyir.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital
Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların
bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ
və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində
suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də
dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən
Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına
keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

