Naxçıvana yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Baş səhifə

Naxçıvanda nazir təyinatı olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul edilib.

Qərara əsasən, Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub.

Qeyd edək ki, bu vəzifəyədək F.Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir