
Bakı. Trend:
Bu ilin fevral ayında “Google” Azərbaycanın ən populyar axtarış
sistemi mövqeyini qoruyub saxlayıb. Onun bazar payı 70,46 faiz
təşkil edib.
Trend-in “Global
Stats” statistika mərkəzindən əldə etdiyi informasiyaya görə, “Google”ın payı yanvar göstəriciləri ilə müqayisədə 15,44 faiz
azalıb.
“Yandex” axtarış sisteminin Azərbaycan seqmentindəki payı isə 3
faiz azalaraq, 9,52 faizə enib.
Fevral ayında “Bing” axtarışlarında artım qeydə alınıb (18,43
faiz bəndi), bazar payı 19,49 faizə çatıb, digər yandan “Yahoo”
axtarış sisteminin göstəriciləri 0,05 faiz bəndi artaraq, 0,19
faizə yüksəlib.

