
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə Türkiyədəki ballistik raketin zərərsizləşdirilməsinı dair telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, Fidan İranı münaqişəni gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.
Daha əvvəl Türkiyə Müdafiə Nazirliyi İrandan Türkiyəyə doğru atılan ballistik raketin Aralıq dənizində NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini bəyan etmişdi
Raket qalıqları cənubdakı Hatay əyalətinə düşüb.

