Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir – Səfir

Baş səhifə

Bakı. Trend:

Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə
qəbuledilməzdir.

Trend xəbər
verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld
sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

“Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən
istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda
Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş
verənləri yaxından izləyir”, – deyə o bildirib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir