
Bakı. Trend:
Azərbaycan Respublikasının Əməkdar artisti Əli Şəmsəddin oğlu
Əliyev vəfat edib.
Trend xəbər verir ki, 1956-cı
ildə anadan olan Əli Əliyev 1983-cü ildən etibarən Naxçıvan Dövlət
Milli Dram Teatrında çalışıb.
Aktyor “Anamın kitabı”, “Dəli İbrahim”, “Məşədi İbad” kimi
tamaşalarda çıxışları ilə yadda qalıb.

