
Bakı. Trend:
Tailandın Burafa Universitetinin alimləri müəyyən ediblər ki,
probiotik bakteriyalarla zəngin fermentləşdirilmiş süd məhsulları
adi süd ilə müqayisədə sümüklərin mineral sıxlığını daha effektiv
şəkildə artırır.
Trend xəbər verir
ki, tədqiqatın nəticələri Frontiers in Nutrition jurnalında dərc
olunub.
Fermentləşdirilmiş süd məhsulları – məsələn, yoğurt, kefir və ya
qatıq – südün mayalanması prosesi zamanı yaranan canlı
bakteriyaları ehtiva edir. Ən geniş yayılmış bakteriyalar arasında
Lactobacillus bulgaricus və Streptococcus thermophilus var.
Bu mikroorqanizmlər bağırsaq mikroflorasının tərkibinə təsir
göstərə və böyük ehtimalla kalsium da daxil olmaqla bəzi qida
maddələrinin mənimsənilməsini yaxşılaşdıra bilər.

