
Bakı. Trend:
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9
illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
ərizələrin qəbulu bu gün saat 12:00-dan etibarən dayandırılıb.
Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, universitet və
kolleclərə qəbul üçün ümumilikdə 133392 nəfər ərizə verib.
Bunlardan 129657 nəfər ali məktəblər, 120379 nəfər isə kolleclər
üzrə qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, 2025-ci il buraxılış və ya test
imtahalarının 1-ci mərhələsinin nəticəsi əsasında müsabiqəyə
qoşulanların sayı 2933 nəfər, 2025-ci ildə “Azərbaycan dili (dövlət
dili kimi)” fənni üzrə test imtahanında “məqbul” qiymət alıb, cari
ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan
abituriyentlərin sayı isə 1182 nəfərdir.
Qeyd edək ki, buraxılış imtahanıları isə martın 9-da
başlayır.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki
zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Abşeron,
Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin
imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan
gününə bölünüb. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi
şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan
verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin
məzunları martın 9-da imtahan verəcəklər).

