Sahibə Qafarova və BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş arasında telefon danışığı olub

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurasının
sədri Saqr Qobaş Azərbaycan Respublikası Milli Məclisinin sədri
Sahibə Qafarovaya telefonla zəng edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə
edilib. Spikerlər İran İslam Respublikası tərəfindən hər iki
ölkənin ərazisinə və mülki əhalisinə qarşı həyata keçirilən əsassız
hücumlarla bağlı ciddi narahatlıqlarını ifadə edərək, bu cür
hərəkətləri qətiyyətlə pisləyiblər.

Tərəflər vurğulayıblar ki, həm Azərbaycan, həm də Birləşmiş Ərəb
Əmirlikləri xalqları sülh və sabitliyin tərəfdarıdır və mülki
əhaliyə qarşı yönəlmiş belə hücumlar qəbuledilməzdir.

Saqr Qobaş son hadisələr fonunda Birləşmiş Ərəb Əmirliklərinin
Azərbaycan Respublikası, ölkə rəhbərliyi və xalqımızla həmrəy
olduğunu vurğulayaraq, dost ölkələrimiz arasındakı həmrəylik və
əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Spiker Sahibə Qafarova bu mövqeyinə görə təşəkkürünü
bildirib.

Spikerlər gərginliyin daha da artmasına səbəb ola biləcək
addımlardan çəkinməyin vacibliyini qeyd edərək, xalqları təmsil
edən parlamentlərin dialoq və qarşılıqlı anlaşmanın təşviqində
özünəməxsus rol oynadığını bildiriblər.

Telefon danışığı zamanı həmçinin, dövlətlərin suverenliyinə
hörmət göstərilməsinin, beynəlxalq hüquq prinsiplərinə və BMT
Nizamnaməsinə riayət edilməsinin, habelə regionda təhlükəsizlik və
sabitliyin qorunması üçün dost ölkələr arasında əməkdaşlıq və
həmrəyliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Regional
təhlükəsizlik və sabitliyin qorunması baxımından dost ölkələr
arasında koordinasiya və məsləhətləşmələrin gücləndirilməsinin
önəmi ifadə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir