Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının
Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək
xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib,
məzarı önünə əklil qoyub.

Trend xəbər verir ki, daha
sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və
istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və
məzarların önünə gül dəstələri qoyulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir