
Bakı. Trend:
Hörmüz boğazının sularında konteyner daşıyan gəmi hücuma məruz
qalıb.
Trend xəbər verir
ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz
Ticarət Daşımaları Kordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Omanın şimal-şərqində, 15 dəniz mili məsafədə baş vermiş
insident barədə məlumat əldə edib. Yanğın və ya ətraf mühitə ziyan
barədə məlumat yoxdur. Bildirilənə görə, ekipajın həyatına heç bir
təhlükə yoxdur”, – açıqlamada bildirilir.
Mərkəzin məlumatına əsasən, konteyner gəmisinin kapitanı
bildirib ki, guya gəmiyə İslam İnqilabı Keşikçiləri Korpusuna
(SEPAH) məxsus kater yaxınlaşıb və oradan atəş açılıb.
İddia olunur ki, kater heyəti konteyner gəmisində olanlarla
radioəlaqə qurmağa cəhd göstərməyib.
UKMTO qeyd edib ki, atəş nəticəsində ticarət gəmisinin kapitan
körpüsü ciddi zədələnib.

