Pakistan Senatının sədri Sahibə Qafarovaya zəng edib

Baş səhifə

Bakı. Trend:

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza
Gilani Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə
Qafarovaya telefonla zəng edib.

Trend xəbər verir
ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsi məlumat yayıb.

Telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə
edilib. Seyid Yusuf Rza Gilani İran İslam Respublikasının
Azərbaycana qarşı dron hücumlarından narahatlığını ifadə edib və bu
hücumları qınadığını bildirib.

O, Pakistan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu
söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən dəstəyə və
həmrəyliyə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı həmçinin dünyada mövcud gərgin proseslər
fonunda parlamentlər arasında əməkdaşlığın daha da
dərinləşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir