Trampdan yeni xəbərdarlıq: Razılaşma olmasa, İrana yeni hücum başlayacaq!

Baş səhifə

ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs razılaşması əldə olunandan sonra Tehrana yeni xəbərdarlıq ünvanlayıb.

Modern.az xəbər verir ki, Donald Tramp xəbərdarlığı Britaniyanın “Sky News” televiziya kanalına verdiyi müsahibədə səsləndirib.

“ABŞ danışıqlarda Vaşinqton üçün məqbul bir razılaşma əldə edə bilməsə, İrana qarşı hərbi əməliyyatlara qayıtmağa hazırdır”, – Tranp deyib.

Xatırladaq ki, ötən gecə Pakistanın vasitəçiliyilə ABŞ-la İran arasında iki həftəlik atəşkəs razılaşması əldə olunub, ABŞ hücumları dayandırıb, İran isə Hörmuz boğazı üzərindən keçidin təhlükəsiz olacağına razılaşıb. 

Danışıqlar aprelin 10-da İslamabadda keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir