Neft bahalaşdı, Pakistanda dərslər ləğv edildi

Baş səhifə

Dünya bazarında neft qiymətlərinin kəskin artması fonunda Pakistan hökuməti ölkədə bir sıra qənaət tədbirləri tətbiq edib.

Modern.az yerli mətbuata istinadən xəbər verir, Baş nazir Şahbaz Şərifin qərarına əsasən, ölkədə məktəblər iki həftə müddətinə bağlanacaq və bu qərar təxminən 40 milyon şagirdi əhatə edəcək.

Hökumət həmçinin dövlət qulluqçularının yarısının məsafədən işləməsinə, kollec və universitetlərin isə distant təhsilə keçməsinə qərar verib.

Bundan əlavə, hökumət avtomobilləri üçün ayrılan pulsuz yanacaq kvotası iki ay müddətinə 50 faiz azaldılıb, banklar istisna olmaqla dövlət qurumlarının isə həftədə dörd gün işləməsi qərara alınıb. Bu addımlar artan enerji xərclərinin iqtisadiyyata təsirini azaltmaq məqsədi daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir