Prezident İlham Əliyevin tapşırığına əsasən İrana humanitar yardım yola salınıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən İrana humanitar
yardım yola salınıb.

Trend-in
məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian
arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına
əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin
edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.




Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq
Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam
Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton
düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona
yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatının məsul
vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov İran Astarasına
qədər müşayiət edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir