
Bakı.Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri üçün
keçirilən imtahanda indiyədək 40372 namizəd iştirak edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan
Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən şəxslərdən 32562 nəfəri
uğur əldə edib, 7810 nəfərin nəticəsi isə uğursuz olub.
Qeyd edək ki, imtahan zamanı taksi minik avtomobili sürücülərinə
xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil
nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi
aktlara dair 20 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün
cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların
nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış sürücülər
imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq
şəhadətnamələr təqdim edilir.

