ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!

Baş səhifə

Bakı. Trend:

Gələcəyin bankçılığını quran ABB-nin təqdim etdiyi danışan süni
intellekt köməkçiləri Beta mərhələsində uğurla sınaqdan keçdikdən
sonra artıq hamıya əlçatandır. AI-khan və AI-nur adlı süni
intellekt köməkçiləri müştərilərə ABB-nin xidmət və məhsulları ilə
bağlı bütün məsələlərdə operativ kömək göstərir, bank
əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları
cavablandırır.

Artıq müştərilər AI-khan və AI-nurla sadəcə danışaraq kartları
və hesabları arasında, həmçinin mobil nömrə ilə digər şəxslərə
köçürmələr edə bilirlər.

Vəsait köçürüləcək mobil nömrə pul köçürən şəxsin telefonunun
yaddaşında olmalıdır. İstifadəçi vəsait köçürüləcək mobil nömrə
sahibinin ad və soyadını səsləndirir, süni intellekt dərhal
əməliyyatı yerinə yetirir.

Zərurət yarandıqda müştərinin kartının bloklaşdırılmasını, yaxud
yenidən aktivləşdirilməsini də AI-khan və AI-nur həyata
keçirir!




Yeni süni intellekt texnologiyası müştərilərə bank
əməliyyatlarını daha rahat, sürətli və intuitiv şəkildə həyata
keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək
səviyyədə qorunur.

Yeni funksiyalar əlavə olunmaqla süni intellekt təcrübəsi
tezliklə başqa bank əməliyyatlarını da əhatə edəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial
şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir