Yanvar ayında Azərbaycan və Türkiyə arasındakı ticarət əməliyyatlarının həcmi açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Cari ilin yanvar ayında Azərbaycan ilə Türkiyə arasında ticarət
əməliyyatlarının həcmi 431,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend
Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə
51,3 milyon ABŞ dolları və ya 10,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 12,20%-ni təşkil edib. Beləliklə,
hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı
ölkələr sırasında Türkiyə 2-ci yeri tutub.




2025-ci ilin yanvar ayında Azərbaycandan Türkiyəyə ixrac olunan
məhsulların dəyəri 268,2 milyon ABŞ dolları təşkil edib. Bu isə
ötən ilin yanvar ayı ilə müqayisədə 39,9 milyon ABŞ dolları və ya
13% azdır.

Ötən ilin yanvar ayında Türkiyədən Azərbaycana idxal olunan
məhsulların dəyəri 163,6 milyon ABŞ dolları olub. Bu göstərici ötən
ilin yanvar ayı ilə müqayisədə 11,6 milyon ABŞ dolları və ya 6,6%
azdır.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xarici
ölkələrlə 3,538 milyard ABŞ dolları məbləğində ticarət
əməliyyatları həyata keçirib. Bu isə ötən ilin eyni dövrü ilə
müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5% azdır. Xarici
ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302
milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən illə müqayisədə
ixrac 802 milyon ABŞ dolları və ya 26,4%, idxal isə 750 milyon ABŞ
dolları və ya 36,5% azalıb.

Nəticədə xarici ticarətdə 933,6 milyon ABŞ dolları həcmində
müsbət saldo formalaşıb ki, bu da əvvəlki illə müqayisədə 52,4
milyon ABŞ dolları və ya 5,3% azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir