Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələri üzrə vətəndaşlara 6,7 mln. manatdan çox ƏDV qaytarılıb

Baş səhifə

Bakı. Trend:\

Azərbaycanda bu ilin yanvar-fevral aylarında yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 6,7 milyon manatdan
çoxu vətəndaşlara qaytarılıb.

Trend bu
barədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.




“Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul
olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış
sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan
istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla
davam etdirilir.

2026-cı ilin yanvar-fevral ayları ərzində yaşayış və
qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş
ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 6 milyon
715,7 min manat təşkil edib”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir