Gürcüstan Avropa ilə Asiya arasında etibarlı körpü olduğunu sübut edib – Kobaxidze

Baş səhifə

Bakı.Trend:

Gürcüstan uzun illər ərzində Avropa ilə Asiya arasında etibarlı
körpü olduğunu sübut edib.

Trend xəbər verir
ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze V Antalya
Diplomatiya Forumu çərçivəsində “Sabahı formalaşdırmaq,
qeyri-müəyyənlikləri idarə etmək” mövzusunda panel müzakirəsində
çıxışı zamanı bildirib.




“Biz əlaqələndirici rolumuzu maksimum dərəcədə gücləndirməyə
çalışırıq. Mövcud şəraitdə, ticarət marşrutlarının yenidən ciddi
çağırışlarla üzləşdiyi bir vaxtda, dünyanın müxtəlif bölgələrindəki
tərəfdaşlarımıza müəyyən xidmətlər təklif edə bilərik”, – deyə o
qeyd edib.

Baş nazir vurğulayıb ki, ölkə malların, xidmətlərin, enerji
resurslarının və rəqəmsal məlumatların səmərəli ötürülməsi üçün
tranzit mərkəz kimi çıxış edir. O əlavə edib ki, Gürcüstan bu
funksiyanı sülh və inkişaf yönümlü siyasət əsasında davam etdirəcək
və artıq bu yanaşmanın müsbət nəticələri müşahidə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir