“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin iki ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn
qaydada

172 675 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü
ilə müqayisədə 2 dəfə çoxdur.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.

Bildirilir ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində
qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 29% idisə, cari ilin
müvafiq dövründə bu rəqəm 42%-ə yüksəlib.




Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının
artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı
imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqə, 91 istiqamət
üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat
vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə
sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və
avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına
çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı
vasitəsilə əldə etmələri tövsiyə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir