AEM klinikada əllə müalicə edən həkim məsələsinə münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

AEM tərəfindən təqdim edilən video materiala baxış zamanı hər
hansı tibbi müdaxilə və ya tibbi xidmətin göstərilməsi faktı
müşahidə olunmur. Bu səbəbdən qeyd olunan fəaliyyət tibb fəaliyyəti
kimi qiymətləndirilmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyye Nazirliyi
Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

“Bi-Es” klinikasına gəldikdə, müəssisə Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş müvafiq
lisenziya əsasında fəaliyyət göstərir və lisenziyada nəzərdə
tutulan xidmətlər çərçivəsində fəaliyyət göstərməsi məqsədəmüvafiq
hesab olunur”, – qurumdan əlavə olunub.

Qeyd edilir ki, konkret faktla bağlı məsələ hüquq-mühafizə
orqanları tərəfindən araşdırıldığından, iş üzrə ətraflı məlumat
yalnız istintaq orqanları tərəfindən təqdim edilə bilər:




“Ümumilikdə bildiririk ki, mediada qeyd olunan və “əl enerjisi
ilə müalicə” kimi təqdim edilən üsullar tibbi fəaliyyət növü hesab
edilmir və lisenziyalaşdırılan tibbi xidmətlər siyahısına daxil
olmadığından həmin fəaliyyətlərə Səhiyyə Nazirliyi tərəfindən
nəzarət həyata keçirilmir”.

Qeyd edək ki, dünən Bakıda klinikada anşlaqa səbəb olan özbək
həkim saxlanılıb. Belə ki, klinikada xəstələri əl enerjisi ilə
müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan
İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.

O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir