BMT və onun Təhlükəsizlik Şurasının yenidən təşkili tələb olunur – Norveçin keçmiş baş naziri

Baş səhifə

Bakı. Trend:

BMT-nin və BMT Təhlükəsizlik Şurasının yenidən təşkilinə ehtiyac
var.

Trend xəbər verir
ki, bunu bu gün Norveçin keçmiş baş naziri Kyell Maqne Bunnevik
“Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan
qaldırılması”mövuzunda 13-cü Qlobal Bakı Forumunda bildirib.

“Biz yeni beynəlxalq nizamla, daha doğrusu, hazırda beynəlxalq
arenada hökm sürən xaosla üz-üzəyik. Hazırda beynəlxalq nizamsızlıq
mövcuddur. Beynəlxalq nizam artıq yoxdur. Vəziyyət belədir və bu,
çox təhlükəlidir. İkinci Dünya müharibəsindən sonra biz yeni
beynəlxalq nizam yaratdıq, BMT-ni və onun bir sıra qurumlarını
təsis etdik”, – deyə o bildirib.

Norveçin keçmiş baş naziri hazırda Birləşmiş Millətlər
Təşkilatının zəiflədiyini bildirib.

“Yeni və dayanıqlı beynəlxalq nizamın yaradılması bu günün əsas
vəzifəsidir. Hesab edirəm ki, gələcəkdə regional təşkilatlar daha
mühüm rol oynayacaq. Xüsusilə təhlükəsizlik məsələlərində qlobal
deyil, regional qurumlar ön plana çıxacaq. Biz gələcəkdə daha
kiçik, lakin ümid edirəm ki, daha səmərəli BMT-yə hazır
olmalıyıq”.

Onun sözlərinə görə, dayanıqlı inkişaf, yeni beynəlxalq nizam və
ədalətli qüvvələr balansı BMT-nin və BMT Təhlükəsizlik Şurasının
yenidən təşkilini tələb edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir