
Bakı. Trend:
Müxtəlif sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu
NEQSOL Holding, Association for Talent Development (ATD) tərəfindən
təqdim olunan 2026 BEST Award mükafatının qalibi elan edilib. Bu
mükafatla biznes strategiyası ilə uzlaşdırılmış və şirkət
miqyasında həyata keçirilən istedadların inkişafı təşəbbüsləri
vasitəsilə yüksək nəticələr göstərən təşkilatlar təltif edilir.
Bu tanınma NEQSOL Holding-in müxtəlif biznes istiqamətlərində
davamlı öyrənmə və liderlik inkişafı mədəniyyətinin
formalaşdırılmasına sadiqliyini bir daha təsdiqləyir. Şirkət üçün
insan kapitalının inkişafı uzunmüddətli biznes uğurunun əsas
hərəkətverici qüvvələrindən biri hesab olunur.
Bu strategiyanın əsas elementlərindən biri qrupun
strukturlaşdırılmış liderlik inkişafı ekosistemidir. Buraya
Succession Readiness Program, Leadership Journey Program və
Leadership Excellence & Acceleration Program (LEAP) daxildir. Bu
proqramlar liderlik bacarıqlarını gücləndirməyə və təşkilatda
idarəetmə davamlılığını təmin etməyə yönəlib. Korporativ idarəetmə
çərçivəsində isə yüksək rəhbərliyin performans göstəricilərinin 10
faizi varislik planlaşdırılması və liderlik inkişafı nəticələri ilə
əlaqələndirilib, bu da rəhbərliyin istedadların inkişafına görə
məsuliyyətini daha da gücləndirir.
“NEQSOL Holding-də inanırıq ki, davamlı biznes nəticələri yalnız
o halda mümkündür ki, təşkilatlar öz insanlarına sistemli və
strateji şəkildə investisiya etsin,” – deyə NEQSOL Holding
Azərbaycan ofisinin Rəhbəri İmran Əhmədzadə bildirib. “Bu tanınma
göstərir ki, liderlik inkişafı, rəqəmsal öyrənmə və istedadların
inkişafına yönəlmiş inteqrasiya olunmuş yanaşmamız bizneslərimizi
gücləndirməyə və əməkdaşlarımızı gələcəyin çağırışlarına
hazırlamağa kömək edir.”
Bu ekosistemi dəstəkləyən əsas platformalardan biri NEQSOL
Academy-dir. Bu, şirkətin dünya üzrə əməkdaşları üçün nəzərdə
tutulmuş rəqəmsal öyrənmə və qarşılıqlı əlaqə platformasıdır.
Platforma süni intellekt əsaslı, fərdiləşdirilmiş və çoxdilli
öyrənmə trayektoriyaları təqdim edir və bunlar mentorluq, kouçinq,
daxili sertifikatlaşdırma və layihə əsaslı öyrənmə ilə
dəstəklənir.
Daxili proqramlarla yanaşı, holdinq fəaliyyət göstərdiyi
ölkələrdə gələcək istedadların inkişafına da investisiya edir.
Qwasar Silicon Valley ilə tərəfdaşlıq çərçivəsində yaradılmış
Peerstack Academy layihə əsaslı yanaşma ilə full-stack
proqramlaşdırma və rəqəmsal bacarıqlar üzrə təlimlər təqdim edir.
PARLA Təqaüd və İnkişaf Proqramı isə əsasən STEM və biznes
sahələrində karyera qurmaq istəyən tələbə qızlara təqaüdlər,
mentorluq, təcrübə proqramları və peşəkar inkişaf imkanları ilə
dəstəkləyir.
“NEQSOL Holding-də istedadların inkişafı birdəfəlik təşəbbüs
deyil. Bu, əməkdaşlarımıza yönəlmiş davamlı öhdəlikdir,” deyə
NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç
bildirib. “Məlumatlara əsaslanan yanaşmanı, qabaqcıl öyrənmə
texnologiyalarını və aparıcı beynəlxalq institutlarla
tərəfdaşlıqları birləşdirərək, əməkdaşlarımızın gələcəyə hazır
olmasını təmin edir və eyni zamanda biznes nəticələrinə birbaşa
töhfə veririk.”
“Bu tanınma korporativ Akademiya komandamızın peşəkarlığının və
fədakarlığının göstəricisidir,” – deyə NEQSOL Holding-də Təlim və
inkişaf üzrə Rəhbər Dilara Cəfərli bildirib. “Bizim məqsədimiz
liderlik bacarıqlarını gücləndirən, rəqəmsal transformasiyanı
dəstəkləyən və təşkilatımızın uzunmüddətli dayanıqlığını artıran
öyrənmə mühiti yaratmaqdır.”
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar,
tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən
və 20.000-dən çox əməkdaşı olan beynəlxalq şirkətlər qrupudur.

