
Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələri hələlik neft tankerlərini Hörmüz
boğazı vasitəsilə müşayiət etməyə hazır deyil.
Trend xəbər verir
ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
Raytın sözlərinə görə, hərbi qüvvələrin hazırkı əsas diqqəti
İranın hücum potensialına qarşı əməliyyatlara yönəlib.
“Bu nisbətən yaxın zamanda baş verəcək, lakin hazırda mümkün
deyil,” — deyə Rayt “CNBC”yə müsahibəsində bildirib.
“Biz sadəcə olaraq hələ hazır deyilik. İndi bütün hərbi
resurslarımız İranın hücum imkanlarının və bu imkanları təmin edən
istehsal sənayesinin məhv edilməsinə yönəlib”.
Rayt əlavə edib ki, Hərbi Dəniz Qüvvələri ayın sonunadək
müşayiət əməliyyatlarına başlamağa hazır ola bilər və bu məsələ
rəsmilərlə müzakirə olunur.

